Boğaziçi Universitetinin Kandilli Rəsədxanasının Zəlzələ Araşdırmaları İnstitutunun Geodeziya elmi bölməsinin nümayəndəsi, professor Semih Ergintav AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
S.Ergintav mərkəzin Geodinamika şöbəsinin əməkdaşları üçün GPS stansiyalarından əldə olunmuş məlumatların emal proqramlarına dair təlim keçib.
Daha sonra türkiyəli qonaq RSXM-ın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.