Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2016 13:27
  • A-
  • A
  • A+

AMEA-nın bir sıra institut və təşkilatlarında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

AMEA-nın bir sıra institut və təşkilatlarında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar AMEA-nın bir sıra institut və təşkilatlarında anım mərasimləri keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Azad Həmkarlar İttifaqında, Genetik EhtiyatlarBotanika, Şərqşünaslıq, Fəlsəfə və Hüquq, Arxeologiya və Etnoqrafiya institutlarında, Respublika Seysmoloji Xidmət Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri təşkil olunub.

Həmçinin AMEA Hüseyn Cavidin Ev Muzeyində “Bəşəriyyətə və insanlığa qarşı cinayət – Xocalı faciəsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirlərdə mənfur ermənilərin qəddarlığından, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri dəhşətli qırğınlardan danışılıb.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı xalqımızın qan yaddaşından silinməyəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: