Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Koreyalı türkoloq Folklor İnstitutunda olub
26.02.2016 12:18
  • A-
  • A
  • A+

Koreyalı türkoloq Folklor İnstitutunda olub

Cənubi Koreyadan olan türkoloq-alim, prof. Oh Eun-Kyunq AMEA Folklor İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov qonağa bu elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Azərbaycanla Koreya Respublikası arasında müxtəlif sahələrdə, eləcə də elmi sahədə ənənəvi əməkdaşlıq əlaqələrindən söz açıb. Qeyd edib ki, bu əməkdaşlıq elmin inkişafı üçün olduqca səmərəlidir. 

Görüşdə birgə elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi sahəsində imkanlar və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, bir müddət Özbəkistanda çalışmış xanım-türkoloq Altay dastanları ilə Koreya dastanlarını müqayisəli şəkildə araşdırmışdır.

Sonda qonağa institut tərəfindən nəşr edilmiş kitablar hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: