Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Şəffaf mürəkkəb icad olunub
01.03.2016 09:10
  • A-
  • A
  • A+

Şəffaf mürəkkəb icad olunub

Rusiyalı mühəndis Aleksandr Yakovlevin elmi araşdırmaları nəticəsində əsasını işığın sınma qanunu təşkil edən şəffaf mürəkkəb icad olunub.

Çap yalnız parlaq səthli materiallar üzərində həyata keçirilir və nəticədə yaranan incə keramik təbəqə müxtəlif rəng çalarlarını əks etdirir. Alınmış rəng üzərində çap edilən  materialın qalınlığından asılıdır. Belə ki, 100 nanometr qalınlığa malik olan materialın üzərində göy rəngin çalarları, 600 nanometr qalınlığa malik materialın üzərində isə qırmızı rəngin çalarları yaranır.

Şəffaf mürəkkəbin tərkibinə distilə edilmiş su, spirt və titan dioksidinin nanozərrəcikləri daxildir. Qeyd edək ki, bu komponentlər ənənəvi mürəkkəbdən on dəfə daha ucuz başa gəlir.

“Qabaqcıl materialların və texnologiyaların məhlul kimyası”  adlı beynəlxalq laboratoriyanın müdiri Vladimir Vinoqradovun sözlərinə görə, nano-strukturlu yeni texnologiya XXI əsrin inqilabina çevriləcək.

Ənənəvi mürəkkəblərdən fərqli olaraq yeni texnologiya tamamilə zərərsizdir. Bundan əlavə, alınan rənglər zamanla parlaqlığını itirmir.

Şəffaf mürəkkəb artıq dünyanın poliqrafiya texnikası sahəsində qabaqcıl istehsal şirkətlənin böyük marağına səbəb olub.

www.mir24.tv

 

  • Paylaş: