Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ümumdünya Mülki Müdafiə Günü Mikrobiologiya İnstitutunda qeyd edilib
01.03.2016 12:50
  • A-
  • A
  • A+

Ümumdünya Mülki Müdafiə Günü Mikrobiologiya İnstitutunda qeyd edilib

AMEA Mikrobiologiya  İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun MM qərargah rəisi Bəxtiyar Yunusov Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-nin bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edildiyini bildirib. Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildən daxil olduğunu söyləyən B.Yunusov əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülki müdafiə orqanlarının qarşısında duran əsas vəzifə olduğunu qeyd edib.

Tədbirdə mülki müdafiə sisteminin əhəmiyyəti, təhlükəsizlik xidmətləri kompleksində rolu, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması, nəticələrinin aradan qaldırılması ilə bağlı təlimatlar verilib, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: