Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Yeni nəsil günəş elementləri” layihəsi çərçivəsində elmi-tədqiqat işləri həyata keçirilir
08.01.2014 00:00
  • A-
  • A
  • A+

“Yeni nəsil günəş elementləri” layihəsi çərçivəsində elmi-tədqiqat işləri həyata keçirilir

AMEA Radiasiya Problemləri İnstitutunda “Beynəlxalq layihələr və informasiya” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi 

Mətanət Mehrabovanın rəhbərliyi ilə “Yeni nəsil günəş elementləri” layihəsi çərçivəsində elmi-tədqiqat işləri həyata keçirilir.Qeyd edək ki, qeyri-әnәnәvi, alternativ vә bәrpa olunan enerji mәnbәlәrindən istifadə edilməsi XXI әsrin aktual mәsәlәlәrindәn biridir. Sәbәb karbohidrogen ehtiyatlarının tükәnmәsi, onların әtraf mühitә mәnfi tәsiri və atom enerjisindən istifadə ilə bağlı risk faktorlarının olmasıdır. Göstәrilәn mәnfi amillәrin qarşısını almaq üçün yeni alternativ enerji mәnbәlәri işlәnmәlidir. Belә mәnbәlәrdәn әn çox perspektivli olanı günәş enerjisi vә onu elektrik enerjisinә çevirmәk üçün daha effektli elementlәrinin yaradılmasıdır.Layihənin mәqsәdi Cd1-xMnxTe nazik təbəqələri əsasında yüksək effektivli, kiçik ölçülü, radiasiya və temperatura davamlı günəş elementlərinin yaradılmasıdır.Layihə ABŞ-ın “Mülki tədqiqatların inkişafı” fondu və Azercell tərəfindən aparılan “STEP” müsabiqəsində II yerə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: