Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.03.2016 09:25
  • A-
  • A
  • A+

“Novruz mühazirələri”nin növbəti görüşü AMEA-da olub

“Novruz mühazirələri”nin növbəti görüşü AMEA-da olub

AR Təhsil Nazirliyinin təşkil etdiyi “Novruz mühazirələri”nin növbəti görüşü martın 10-da AMEA-nın Əsas binasında olub.

Görüşdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovun və İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin mühazirələri dinlənilib.

“Novruz fəlsəfəsi” mövzusunda mühazirəsində M.İmanov Novruz bayramının tarixindən, fəlsəfəsindən danışıb, Novruz çərşənbələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

“Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzusunda mühazirə oxuyan T.Əliyev informasiya və hesablama texnikasının ilk element və qurğularının işlənib hazırlanması, Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı, qazanılan nailiyyətlər barədə məlumat verib.

Alim yeni informasiya texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycanda neft emalı, nəqliyyat, energetika, həmçinin tikinti sahələrini əhatə edən sistemlərin tədqiqi, yeni texnologiyalar əsasında hazırlanmış seysmoloji cihazların tətbiqi haqqında danışıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Novruz mühazirələri” “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: