Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib
13.01.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə AMEA Elmi İnnovasiya Mərkəzinin nəzdindəki Təhsil-Tədris Mərkəzinin direktoru, iqtisad üzrə elmlər doktoru, professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib.

Qeyd edək ki, T.Əliyev 2010-cu ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Həmçinin, Beynəlxalq Eko-energetika Akademiyası və Beynəlxalq İnformasiya Akademiyasının akademikidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: