Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.03.2016 14:41
  • A-
  • A
  • A+

Çinin ölkəmizdəki səfiri və Çin Muzey Sarayının nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində olublar

Çinin ölkəmizdəki səfiri və Çin Muzey Sarayının nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində olublar

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin və Çin Muzey Sarayının direktoru, Dr. Şan Jixianqın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar. 

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayaraq, onları rəhbərlik etdiyi qurumda görməkdən məmnun olduğunu bildirib.

Görüşdə hər iki ölkənin muzeyləri arasında əlaqələrin inkişafı, gələcəkdə səyyar sərgilərin təşkili, həmçinin müəssisələr arasında müvafiq sahədə əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb.  Görüşün hər iki ölkənin maddi mədəniyyətinin inkişafı, konfrans və seminarların təşkili, elmi tədqiqatların və kadrların təcrübə mübadiləsinin aparılması istiqamətində əhəmiyyətli olacağı bildirilib.

Qonaqlara muzeyin elmi-kütləvi fəaliyyəti, xüsusilə bərpa ilə bağlı görülən yeniliklər barədə ətraflı məlumat verilib.

Sonra Çinin Azərbaycandakı səfiri Xun Tsyuin və Çin Muzey Sarayının nümayəndələri Azərbaycanın ən qədim dövrdən bu günə kimi olan ekspozisiyası və H.Z.Tağıyevin ev muzeyi ilə tanış olublar.

Qonaqlar muzeyə Çin Xalq Respublikasına həsr olunan xatirə kitab hədiyyə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: