Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunda III Beynəlxalq elmi konfransı keçiriləcək
07.04.2016 09:23
  • A-
  • A
  • A+

Şamaxıda “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunda III Beynəlxalq elmi konfransı keçiriləcək

Aprelin 8-də saat 11:30-da Şamaxı şəhərində AMEA Rəyasət Heyəti, A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın işi “Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımlar”, “Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1918-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölmələri üzrə aparılacaq.

Tanınmış alim və mütəxəssislərin iştirak edəcəyi tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Türkiyə, Almaniya, Albaniya, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan olan alimlər maraqlı məruzələrlə çıxış edəcək.

Tədbir iştirakçıları Şamaxının tarixi yerləri ilə, o cümlədən 1918-ci ildə erməni vandalları tərəfindən dağıdılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yenidən təmir olunaraq istifadəyə verilmiş Şamaxı Cümə məscidi ilə tanış olacaqlar.

Konfransa təqdim olunmuş məqalələr “AMEA Tarix İnstitutunun elmi əsərlərinin xüsusi buraxılışı” şəklində çap olunub və konfrans iştirakçılarına təqdim olunacaqdır.

Qeyd edək ki, “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı I və II beynəlxalq konfranslar Quba şəhərində ölkə başçısının göstərişi ilə ucaldılmış Soyqırım Memorial Kompleksində keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: