Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-dan olan nümayəndələr Rusiyada beynəlxalq tədbirdə iştirak edir
12.04.2016 09:59
  • A-
  • A
  • A+

AMEA-dan olan nümayəndələr Rusiyada beynəlxalq tədbirdə iştirak edir

Aprelin 11-dən Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Yer elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının (EAGE) 7-ci Beynəlxalq konfrans və sərgisi keçirilir.

Beynəlxalq konfransda ölkəmizi STCU-nun Azərbaycandakı nümayəndəsi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev və AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin əməkdaşı Elvin Babayev təmsil edirlər.

Aprelin 16-dək davam edəcək tədbirdə Yer təkinin geoloji cəhətdən öyrənilməsi, şist inqilabı, neftin qiymətində kəskin enmə, dünyada mövcud olan geosiyasi vəziyyət, ölkələr arasında neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Konfransda Yer elmlərinin müxtəlif istiqamətlərinə - regional tədqiqatlar, məlumatların toplanması və analizi, yataqların axtarışı, kəşfiyyatı və işlənməsinin müasir texnologiyaları, neft axtarışı üzrə layihələrin idarə edilməsində seysmoloji və geodinamik xüsusiyyətlər, risklərin analizi, ətraf mühitin qorunması və iqtisadiyyat məsələləri və s. dair məruzələr dinləniləcək, geniş fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun gənc mütəxəssisi E.Babayevin beynəlxaq konfransda iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilib. Fond gənclərin bilik və bacarıqlarının inkişafına və onların ideyalarının dəstəklənməsinə daim töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: