Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərkosmos” ASC və Şamaxı Rəsədxanası “Azerspace-1” peyki ilə bağlı razılıq əldə ediblər
15.04.2016 18:32
  • A-
  • A
  • A+

“Azərkosmos” ASC və Şamaxı Rəsədxanası “Azerspace-1” peyki ilə bağlı razılıq əldə ediblər

“Azərkosmos” ASC ilə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) arasında “Azerspace-1” peykinə təhlükə yaradan kosmik tullantıların, peyklərin toqquşma riskinin hesablanması və bu haqda “Azərkosmos”un öncədən məlumatlandırılması, həmçinin vaxtaşırı olaraq teleskop vasitəsilə “Azerspace-1” peykinin şəkillərinin çəkilməsi və koordinatlarının hesablanmasına dair razılıq əldə olunub.

Bununla əlaqədar “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində görüş keçirilib.

Görüşdə kosmosa atılmış kənar cisimlərin “Azerspace-1” peyki üçün yarada biləcəyi risklər, peyklərin trayektoriyalarının kəsişməsi problemi, teleskoplardan istifadə etməklə, peyklərin müşahidə edilməsi, onların dəqiq koordinatlarının hesablanması, eləcə də nanopeyklərin hazırlanması və astrofiziki kosmik eksperimentlərə dair müzakirələr aparılıb.

Eyni zamanda, ŞAR-ın rəsmilərinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib. Ölkəmiz üçün kosmik sənayenin inkişafının əhəmiyyəti və ŞAR-ın kosmik tədqiqatlar sahəsinə verdiyi töhfələr haqqında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: