Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyatşünas alim Tbilisi şəhərində elmi ezamiyyətdə olmuşdur
16.01.2014 00:00
  • A-
  • A
  • A+

Ədəbiyyatşünas alim Tbilisi şəhərində elmi ezamiyyətdə olmuşdur

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının arxivini araşdırmaq, Azərbaycan Bölməsi və Ədəbiyyat İnstitutu ilə əlaqədar sənədlərin üzə çıxarılması məqsədilə Tbilisi şəhərində ezamiyyətdə olub.

Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Georgi Kvesitadzenin göstərişi ilə professor Asif Rüstəmlinin apardığı araşdırmalar əsasında ədəbiyyatımızla bağlı 60-a yaxın sənədin surəti əldə edilib. Materiallar içərisində Zaqafqaziya Filialının 20 yanvar 1933-cü ildə Az.OZFAN-ın tərkibində Dil, Maddi mədəniyyət və İncəsənət sektorlarının yaradılması və tərkibinin təsdiqi barədə qərar, Yazılı ədəbiyyat seksiyasının və Ədəbiyyat sektorunun müxtəlif illərə aid fəaliyyət planları, azərbaycanlı şərqşünaslar Cahangir Qayıbov və Heydər Tağıyevin elmi fəaliyyəti və s. barədə mühüm sənədlər, faktlar yer alıb.

Ezamiyyət müddətində A.Rüstəmli Şota Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru, professor İrma Ratiani, Tbilisidəki Azərbaycan səfirliyinin 1-ci katibi Vüsal Məmmədov və M.F.Axundzadə Ev-muzeyinin direktoru Leyla Əliyeva ilə görüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: