Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alim Abdulla Kabulinin “Təzkirət ət-təvarix” əsərinin Tehran çap nüsxəsini əldə edib
21.04.2016 11:56
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Abdulla Kabulinin “Təzkirət ət-təvarix” əsərinin Tehran çap nüsxəsini əldə edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Əkrəm Bağırov bu günlərdə XVII əsr müəllifi Abdulla Kabulinin elmi dövriyyədən kənarda qalmış “Təzkirət ət-təvarix” əsərinin Tehran çap nüsxəsini əldə edib. Çoxsaylı mənbələr əsasında yazılmış bu əsər orta əsrlər üzrə tədqiqat aparan tarixçilər və ədəbiyyatşünaslar üçün dəyərli məlumatlarla zəngin bir mənbədir.

Qeyd edək ki, ilk dəfə elmi dövriyyəyə buraxılmış əsərin üçüncü fəslində təqdim olunan iki yüzə qədər fars və türkdilli şairlər arasında Azərbaycan müəllifləri haqqında da maraqlı faktlar özünə yer alıb. Əsərin elmi-tənqidi mətnini İran alimi Əlirza Qoucezadə 2013-cü ildə Tehranda nəşr etdirib.

Fil.ü.f.d Əkrəm Bağırov hazırda bu əsərdə azərbaycanlılarla bağlı olan hissələrin tədqiqi və tərcüməsi ilə məşğuldur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: