Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Fikrət Əliyev Mərakeşdə beynəlxalq konfransda məruzə ilə çıxış edəcək
22.04.2016 12:16
  • A-
  • A
  • A+

Akademik Fikrət Əliyev Mərakeşdə beynəlxalq konfransda məruzə ilə çıxış edəcək

27-29 aprel 2016-cı il tarixlərində Mərakeş Krallığının Beni-Mellal şəhərində XI Ədədi Analiz və Optimallaşdırma Beynəlxalq konfransı keçiriləcək.

Beynəlxalq tədbirdə ölkəmizi Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev təmsil edəcək.

Konfansın elm komitəsinin üzvü akademik F.Əliyev plenar iclasda “Dinamik sistemlərin parametrlərinin identifikasiya metodları və tətbiqləri” mövzusunda məruzəsini təqdim edəcək. Məruzəçi müxtəlif dinamiki sistemlərin parametrlərinin təyini ilə bağlı identifikasiya məsələləri ətrafında çıxış edəcək. Həmçinin onların həlli üçün yeni effektiv üsullar təklif olunacaq.

Qeyd edək ki, alınmış nəticələr qazlift quyularında hidravlik müqavimət əmsalının təyin edilməsi məsələsinə tətbiq edilir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: