AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d. Kamandar Şərifov 16-22 aprel 2016-ci il tarixlərində Əlcəzairdə keçirilən “Əlcəzairdə, ərəb və islam dünyasında ərəb əlyazma irsi: həqiqət və gələcək” mövzusunda Beynəlxalq konfransda iştirak edib.
Beynəlxalq tədbirdə K.Şərifov “Əlyazmaların mühafizəsi, tədqiqi və nəşri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan əlyazma abidələrinin qorunması, tədqiqi və nəşri, eləcə də ərəb əlyazmaları haqqında müfəssəl məlumat verilib.
Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.