Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblilər arasında fizika fənni üzrə olimpiada keçirilib
10.05.2016 09:12
  • A-
  • A
  • A+

Məktəblilər arasında fizika fənni üzrə olimpiada keçirilib

AMEA Fizika İnstitutunun və bu elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə fizika, riyaziyyat və informatika təmayüllü liseydə fizika fənnindən olimpiada keçirilib.

Olimpiada Yasamal rayonu üzrə bütün ümumtəhsil məktəblərinin X sinifləri arasında təşkil olunub.

Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə keçirilən olimpiadanin sualları institutun pedaqoji təcrübəsi olan alimləri tərəfindən hazırlanıb.

Olimpiadanın qaliblərinə diplom və mükafatlar, seçilmiş iştirakçılara isə həvəsləndirici diplomlar veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: