Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2016 17:04
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu ilə Səudiyyə Ərəbistanının Kral Əbdül Əziz Fondu arasında memorandum imzalanıb

Əlyazmalar İnstitutu ilə Səudiyyə Ərəbistanının Kral Əbdül Əziz Fondu arasında memorandum imzalanıb

Mayın 10-da AMEA Əlyazmalar İnstitutunda bu elm müəssisəsi ilə Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdül Əziz Fondu arasında memorandum imzalanıb.

Sənəddə elmin müvafiq sahələri üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.

5 il müddətinə imzalanan memorandum alimlər üçün birgə elmi-tədqiqatlar, elmin inkişaf etdirilməsinə dəstək, tarixi sənəd və digər zəruri materiallardan istifadə imkanı yaradır. Sənədə əsasən, qurumlar birgə seminar, sərgi təşkil edə bilərlər, həmçinin yazılı materialların konserkasiyası və bərpası istiqamətində təcrübə mübadiləsi, mütəxəssislər üçün təlim proqramları, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili planlaşdırılır.

Sənədi Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz adına Tədqiqat və Arxiv  Fondunun Baş katibi, doktor Fəhd bin Abdulla əs-Səmari imzalayıblar.

Tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: