Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunun direktoru AASSA Xüsusi Komitəsinə ekspert kimi qəbul edilib
11.05.2016 10:52
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun direktoru AASSA Xüsusi Komitəsinə ekspert kimi qəbul edilib

2014-cü ilin oktyabr ayında Asiya Elmlər Akademiyaları və Elm Cəmiyyətləri Assossiasiyasının (AASSA) 2-ci Ümumi Yığıncağında yaradılmış SHER – Elm, Sağlamlıq, Ətraf mühit və Risk (Science, Health, Environment and Risk) əlaqələri üzrə Xüsusi Komitəsinin adı hazırda SHARE – Elm, Sağlamlıq, Kənd təsərrüfatı, Risk və Ətraf mühit (Science, Health, Agriculture, Risk and Environment) olaraq dəyişdirilib.

10 ekspertdən ibarət olacaq Komitəyə Azərbaycan tərəfdən bu sahələr üzrə zəngin təcrübəyə malik mütəxəssisin namizəd kimi təqdim edilməsi məqsədilə AMEA-ya müraciət edilib. Komitəyə AMEA tərəfdən uyğun namizədlər haqqında məlumatlar göndərilib.

AMEA Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova 30-dan çox Asiya ölkəsinin üzv olduğu AASSA Xüsusi Komitəsinə ekspert kimi qəbul edilib.

Qeyd edək ki, AMEA-nın AASSA ilə əməkdaşlığı çərçivəsində 2-5 may 2012-ci il tarixlərində Bakıda "Qadınlar elmdə və mühəndislikdə" (Women in Science and Engineering) adlı AASSA-nın 2-ci Regional Seminarı keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: