Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qırışlara qarşı qeyri-adi krem icad edilib
12.05.2016 09:59
  • A-
  • A
  • A+

Qırışlara qarşı qeyri-adi krem icad edilib

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən təbii dərinin üstündən ikinci hamar dəri yaradan krem hazırlanıb.

“hi-news.ru” saytı xəbər verir ki, Harvard Universitetinin alimləri və “Living Proof” şirkətinin əməkdaşlarının dəstəyi ilə Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılardan ibarət qrupu tərəfindən yaradılmış maddə “XPL” (“cross-linked polymer layer”) adlandırılıb. Polimer məhlul insanın dərisinə iki mərhələ olmaqla çəkilir. Dərinin xarici görünüşünü təkrarlayan elastik nazik plyonkaya çevrilən krem fiziki təsir nəticəsində silinmir və 24 saat ərzində yuyulmur.

Alimlər bildirib ki, bu kremi müxtəlif dərmanlarla uyğunlaşdırmaq olar. Sonuncu dəri vasitəsilə həmin dərmanlar pasiyentin bədəni tərəfindən sorulacaq. Həmçinin krem insan bədənini açıq yaralardan qoruya bilər.

  • Paylaş: