Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Ədəbiyyat İnstitutunda türkiyəli alim Yavuz Akpınarla görüş keçirilib
16.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Ədəbiyyat İnstitutunda türkiyəli alim Yavuz Akpınarla görüş keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli türk yazıçısı və alimi Yavuz Akpınarla görüş keçirilib.

Görüşdə institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı Yavuz Akpınarın Azərbaycanla 30 ildən çox əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Məhz bu əlaqələrinə görə türkiyəli alim institutunun fəxri doktoru adına layiq görülüb. O, Türkiyədə azərbaycanşünaslıq elminin görkəmli tədqiqatçılarından biri hesab olunur.

Daha sonra Nikpur Cabbarlı elmi-tədqiqat müəssisəsində yeni yaradılmış Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin strukturu və vəzifələri barədə qonağa ətraflı məlumat verib.

Yavuz Akpınar institutun yeni şöbəsinin əməkdaşları və fəaliyyət planları ilə tanışlıqdan məmnun olduğunu, elmi-tədqiqat işlərinin aparılmasında Azərbaycan ədəbiyyatşünaslarına yaxından köməklik göstərəcəyini söyləyib.

Sonra şöbə əməkdaşları çıxış edərək yerinə yetirilən elmi-tədqiqat işləri barədə qonağı məlumatlandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: