25-27 may 2016-cı il tarixlərində saat 11:00-da Riyaziyyat və Mexanika İnstitutunda bu elmi müəssisənin təşkilatçılığı və AMEA Rəyasət Heyətinin dəstəyi ilə “Qeyri-harmonik analiz və differensial operatorlar” mövzusunda Beynəlxalq seminar keçiriləcək.
Tədbirdə “Yaxınlaşma nəzəriyyəsi”, “Harmonik və qeyri-harmonik analiz, freymlər”, “Optimal idarəetmə və differensial tənliklər”, “Differensial operatorlar və spektral nəzəriyyə”, “Qeyri-xətti xüsusi törəməli differensial tənliklər”, “Siqnalların emalı və tətbiqləri”, “Riyazi modelləşdirmə” və digər mövzularda müzakirələr aparılacaq.
Beynəlxalq seminar haqqında ətraflı məlumatı nhado2016.azjm.org saytından əldə etmək olar.
Ünvan: Bakı ş., B.Vahabzadə küç., 9.
Əlaqə nömrələri: (+994 12) 539 91 92, 538 72 50
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.