Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Aksizlər” monoqrafiyası çapdan çıxıb
20.05.2016 09:23
  • A-
  • A
  • A+

"Aksizlər” monoqrafiyası çapdan çıxıb

AMEA İdarəetmə Sistemləri İnstitutunun Fiskаl strategiyanın modelləşdirilməsi laboratoriyasının müdiri, professor Akif Musayevin “Aksizlər” (Xüsusi istehlak vergisi) monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada aksizlərin yaranma tarixi, aksizli malların seçilmə xüsusiyyətləri, iqtisadi, ekoloji və təhlükəsizlik nöqteyi-nəzərindən mahiyyəti açıqlanıb. Eləcə də, universal aksizin spesifik forması olan dövriyyədən aksiz vergisi, onun digər universal aksiz formaları olan satışdan və əlavə dəyər vergisindən fərqi, büdcə gəlirlərinin formalaşmasında rolu tədqiq edilib. Nəşrdə aksizlərin tətbiqi formalarının müqayisəli təhlili aparılıb, aksizlərin inzibatçılığı və ona nəzarət, aksiz vergitutmasında harmonizasiya məsələləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: