Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakıda Türkdilli Dövlətlərin İqtisadçı Alimlər Birliyi yaradılacaq
24.05.2016 09:18
  • A-
  • A
  • A+

Bakıda Türkdilli Dövlətlərin İqtisadçı Alimlər Birliyi yaradılacaq

AMEA İqtisadiyyat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Bu elm müəssisəsinin direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilin iclasda bir sıra məsələlər müzakirə edilib.

İnstitutun elmi katibi, i.ü.f.d. Rəsmiyyə Abdullayeva Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 fevral tarixli Sərəncamının icrası ilə bağlı qurumun üzərinə düşən vəzifələr barədə məlumat verib.

Şuranın qərarına əsasən mərkəzi ofisi Bakıda olmaqla Türkdilli Dövlətlərin İqtisadçı Alimlər Birliyinin yaradılması ilə bağlı təşkilati məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

İclasda “Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri” və “Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” monoqrafiyaları çapa tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: