Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.05.2016 17:16
  • A-
  • A
  • A+

Bakıda seysmik riskin qiymətləndirilməsinə başlanılır

Bakıda seysmik riskin qiymətləndirilməsinə başlanılır

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Geodezi Alman Araşdırma Mərkəzi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində Bakı şəhərində seysmik riskin qiymətləndirilməsinə başlayır.     

Bununla bağlı RSXM-in Monitorinq Mərkəzində Geodezi Alman Araşdırma Mərkəzinin nümayəndələri - Kristin Bismut, Stefano Perolay, Kevin Fleming və Maykl Hasla görüş keçirilib.

RSXM-nin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Bakı şəhərində seysmik riskin öyrənilməsinin vacibliyini önə çəkərək, iki qurum arasında əməkdaşlıq haqqında anlaşma protokolunun imzalandığını qeyd edib. Bildirib ki, seysmik qiymətləndirmə layihəsinin iki il müddətinə davam etdirilməsi nəzərdə tutulur.

Daha sonra RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini R.Kərəmova görülən işlər və aparılan tədqiqatlar barədə təqdimatla çıxış edib.

Görüşdə almaniyalı qonaqlar Azərbaycan seysmoloqları ilə əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını qeyd ediblər, seysmik riskin öyrənilməsi metodlarından danışıblar. 

Geodezi Alman Araşdırma Mərkəzinin nümayəndələri, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevlə də görüşüblər.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, Azərbaycan ərazisində seysmik riskin öyrənilməsi istiqamətində perspektivlərə dair müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti Bakı şəhərində seysmik riskin öyrənilməsinin əhəmiyyətindən söz açıb, birgə əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: