Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan diasporu: tarix və müasirlik” adlı kitab nəşr olunub
27.05.2016 10:08
  • A-
  • A
  • A+

“Azərbaycan diasporu: tarix və müasirlik” adlı kitab nəşr olunub

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən “Azərbaycan diasporu: tarix və müasirlik” kitabı çapdan çıxıb.

Yeni nəşrin elmi redaktoru AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, rəyçisi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, layihənin rəhbəri isə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Kitabda “Heydər Əliyev müasir Azərbaycan diasporunun yaradılmasının təşəbbüsçüsüdür”, “Prezident İlham Əliyev və Azərbaycan diasporunun təşəkkülü, fəaliyyəti məsələləri”, “Azərbaycan diasporunun iqtisadi potensialının yüksəlməsində İlham Əliyevin rolu”, “Türkiyədə Azərbaycan diasporunun təşəkkül tarixi və fəaliyyəti”, “ABŞ-da Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti” kimi mövzularda məqalələr yer alıb. Məqalələrdə diasporların yaranması və formalaşması prosesləri tədqiq edilir, dünyanın müxtəlif regionlarda fəaliyyət göstərən Azərbaycan diasporu hərtərəfli və dərindən öyrənilir.

Nəşr tarixçi alimlər, tələbələr, eyni zamanda hər bir Azərbaycan vətəndaşı üçün dəyərli məlumat mənbəyidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: