Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2016 16:34
  • A-
  • A
  • A+

2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib

2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib

“Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edilib.

Elm üzrə dövlət mükafatları AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, bu elmi müəssisənin direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov və coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənova, ədəbiyyat üzrə mükafat isə Xalq şairi Fikrət Qocaya təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: