Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı keçiriləcək
27.05.2016 16:03
  • A-
  • A
  • A+

“Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı keçiriləcək

Mayın 31-də saat 10:00-da “Aysberq“ İstirahət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibi olmuş layihə çərçivəsində “Regional turizmin davamlı inkişaf prioritetləri”mövzusunda Gənc alim və mütəxəssislərin Beynəlxalq elmi konfransı keçiriləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində keçiriləcək konfransa Azərbaycan Turizm və Menecment Universiteti elmi-təşkilatı dəstək göstərir.

Tədbirin keçirilməsində əsas məqsəd müasir dövrdə iqtisadiyyatın dinamik inkişaf edən aparıcı sahələrindən biri olan turizmin elmi əsaslarla inkişaf etdirilməsinə nail olmaqdır. Konfrans geniş turizm potensialına sahib regionların hərtərəfli inkişafına nail olmaq məqsədi ilə qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, Azərbaycanda və dünyada mövcud olan turizm regionlarının inkişafı və bu sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların fəaliyyətlərinin düzgün təşkil edilməsi, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviq edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Beynəlxalq tədbirdə “Regional iqtisadi inkişafda turizm amili və regional turizmin davamlı inkişaf problemləri”, “Regional turizmin inkişafında yerli özünüidarəetmənin yeri və icma əsaslı turizmin regionların inkişafında rolu”, “Azərbaycanın regionlarında turizmin inkişaf perspektivləri və regional turizmin davamlı inkişafında inkişaf etmiş turizm regionlarının menecment təcrübələri” və s. mövzularda məruzələr dinləniləcək.  

Konfransın işində Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan olan alim və mütəxəssislər də iştirak edəcəklər.

Ünvan: Bakı şəh., Salyan Şossesi, Şıx çimərliyi.

Telefon: (+994 12) 489 08 94

E-mail ünvanı: info@elmfondu.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: