Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da magistratura təhsili üzrə yay imtahan sessiyası başlanıb
03.06.2016 11:14
  • A-
  • A
  • A+

AMEA-da magistratura təhsili üzrə yay imtahan sessiyası başlanıb

AMEA-nın magistraturasında təhsil alan magistrlərin yay imtahan sessiyası başlanıb.

Məlum olduğu kimi, 2015-2016-cı tədris ilində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna “molekulyar biologiya” ixtisası üzrə 4 magistr qəbul olub. İyunun 2-də institutda “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri” ixtisas kursundan ilk imtahan keçirilib. Kurs bu elmi müəssisənin rəhbəri, akademik İradə Hüseynova tərəfindən tədris edilib.

Magistrlər 2 saat ərzində fənnin suallarını dəqiq və ətraflı cavablandıraraq, yüksək bala layiq görülüblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: