Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Polimer Materialları İnstitutunda doktorant və dissertantların minimum imtahanı keçirilib
03.06.2016 16:04
  • A-
  • A
  • A+

AMEA Polimer Materialları İnstitutunda doktorant və dissertantların minimum imtahanı keçirilib

İyunun 3-də AMEA Polimer Materialları İnstitutunda dissertant və doktorantların  “Makromolekullar kimyası” ixtisası üzrə doktorluq minimum imtahanı təşkil edilib. İmtahanda bu elmi müəssisənin 1 doktorant və 1 dissertantı iştirak edib.

AMEA Rəyasət Heyətinin 4 noyabr 2015-ci il tarixli qərarı ilə doktorluq  imtahanları üçün təsdiq edilmiş 50 test sualının təqdim edildiyi imtahanda gənclərə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb.

İnstitutun direktoru, akademik Akif Əzizovun 26 may 2016-cı il tarixli əmrinə əsasən müəssisədə imtahan komissiyası yaradılıb, imtahan bitdikdən dərhal sonra nəticələr elan edilib.

Xatırladaq ki, institutda xüsusi proqram vasitəsilə test üsulu şəklində ilk imtahan 7 dekabr 2015-ci il tarixində keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: