Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Nazim Məmmədov “MAYFEB” nəşriyyatının “Fizika” jurnalının redaktoru seçilib
06.06.2016 17:19
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Nazim Məmmədov “MAYFEB” nəşriyyatının “Fizika” jurnalının redaktoru seçilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Kanadanın elektron nəşri olan “MAYFEB” nəşriyyatının “Fizika” jurnalına redaktor seçilib.

Qeyd edək ki, “MAYFEB” nəşriyyatında elmi-texniki və tibbi mövzularda olan dünya ədəbiyyatları çap olunur. Nəşriyyatın əsas fəaliyyət istiqaməti elm və texnika sahəsində bilikləri inkişaf etdirmək, tədqiqatçılar arasında informasiya və fikir mübadiləsi aparmaqdır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: