Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Pənah Muradov Qazaxıstanda mikrobiologiyanın inkişafının müasir vəziyyəti ilə bağlı çıxış edib
07.06.2016 15:19
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Pənah Muradov Qazaxıstanda mikrobiologiyanın inkişafının müasir vəziyyəti ilə bağlı çıxış edib

Qazaxıstanın Almatı şəhərində bu ölkənin Mikrobiologiya və Virusologiya İnstitutunun 60 illik yubileyinə həsr olunan “Mikrobiologiya və virusologiyanın biosənayeyə töhfələri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Qazaxıstan Elm və Təhsil Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, Rusiya, İran, Belarus və dünyanın bir çox ölkələrinin alim və mütəxəssisləri iştirak ediblər.

Konfransda ölkəmizi Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov təmsil edib. O, “Azərbaycanda mikrobiologiyanın inkişafının müasir vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: