Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Novbərinin lirik şeirlər toplusu çapdan çıxıb
16.06.2016 09:05
  • A-
  • A
  • A+

Novbərinin lirik şeirlər toplusu çapdan çıxıb

XIX əsrin sonları XX əsrin birinci yarısında Azərbaycanın dilbər guşəsi Şuşa şəhərində yaşamış, “Novbəri” təxəllüslü şair Kərbəlayi Qara Məşədi Süleyman oğlu Əliyevin lirik şeirlər toplusu – “Divan”ı çapdan çıxıb.

Hacı Mustafa Mailoğlunun redaktoru olduğu kitabda ərəb-fars sözlərinin lüğəti də yer alıb. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tahirə Nurəliyeva şairin “Divan”ını müasir əlifbaya transfoneliterasiya edib, nəşrə “Ön söz” yazıb. Kitab “Elm” nəşriyyatında işıq üzü görüb.

Qeyd edək ki, C.Nağıyeva və T.Nurəliyeva şairin Füzulinin qəzəllərinə yazdığı təxmislərini də nəşr etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: