Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İflic uşaqlara kömək məqsədiylə ekzoskelet hazırlanıb
16.06.2016 15:48
  • A-
  • A
  • A+

İflic uşaqlara kömək məqsədiylə ekzoskelet hazırlanıb

İspaniyalı alimlər kürək əzələ atrofiyasından əziyyət çəkən uşaqlara yardım üçün dünyada ilk ekzoskeleti təqdim ediblər. 

Yeni qurğu "CSIC” və "Marsi Bionics” şirkəti ilə birlikdə hazırlanıb və patentləşdirilib. Titan və alüminiumdan hazırlanmış 12 kiloqram çəkiyə malik sözügedən konstruksiya ayaq və oynaq nahiyəsinə bərkidilən millərindən, hər ayaq üçün 5 olmaqla elektromotordan, akkumulyatorun 5 saatlıq işi üçün hesablanmış vəziyyət və hərəkət tənzimləyicilərindən, həmçinin idarəetmə kontrollerindən ibarətdir. Cihaz öz sərtliyini xəstənin vəziyyətinə uyğun müstəqil olaraq sazlaya bilir.

Bildirilir ki, 3-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan ekzoskeletin həm xəstələrin gündəlik həyatda hərəkətinin təmin edilməsi, həm də stasionar reabilitasiyası üçün istifadəsi planlaşdırılır. Qurğudan istifadə skolioz, osteoporoz və digər kürək əzələ atrofiyası xəstəliklərinin qarşısını almağa kömək edəcək. Mütəxəssislər hazırda sınaq mərhələsində olan ekzoskeletin gələcəkdə digər hərəkət pozğunluğu müşahidə olunan uşaqlara kömək üçün bir neçə modifikasiyasını yaratmaq niyyətindədirlər.

Məlumat üçün qeyd edək ki, kürək əzələ atrofiyası əzələ gücünün, əzələ atrofiyasının sürətlə itirilməsi ilə kəskinləşərək hərəkət pozğunluğuna səbəb olmaqla, tam ifliclə nəticələnə bilən ağır genetik əsəb-əzələ degenerativ xəstəliyidir. “CSIC”-in məlumatına görə, İspaniyada hər on min uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir.  

www.popmech.ru

  • Paylaş: