Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq əlaqələr idarəsinin şöbə müdiri Çexiyada elmi ezamiyyətdə olub
16.06.2016 16:56
  • A-
  • A
  • A+

Beynəlxalq əlaqələr idarəsinin şöbə müdiri Çexiyada elmi ezamiyyətdə olub

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov 14-16 iyun 2016-cı il tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində ezamiyyətdə olub. O, Avropa Komissiyasının “Horizon: 2020” proqramı çərçivəsində keçirilən milli əlaqələndiricilərin görüşündə və bu proqrama dair treyninqlərdə iştirak edib.

Sözügedən proqramın "Cəmiyyətlə və cəmiyyət üçün elm" istiqaməti üzrə həyata keçirilən SiS.Net layihəsi çərçivəsində baş tutan tədbirində Avropanın 20-yə yaxın ölkəsindən olan nümayəndələr iştirak ediblər. Tədbirdə tədqiqatçılar təmsil etdikləri ölkələrdə “Horizon: 2020” proqramına dair həyata keçirilən layihələrlə bağlı məlumat veriblər.

Tədbirdən əldə olunan məlumat və təlimatlar əsasında humanitar və ictimai yönümlü tədqiqatçı və mütəxəssislərin iştirakı ilə ölkədaxili seminarların keçirilməsi nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının elmi-tədqiqat müəssisələrinin “Horizon: 2020” proqramının layihələrinə qoşulması istiqamətində Avropa Birliyi ölkələrinin nümayəndələri ilə danışıqlar aparılıb və ilkin razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: