Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.06.2016 09:17
  • A-
  • A
  • A+

Azərbaycan nağıllarının macar dilində üçcildliyi nəşr edilib

Azərbaycan nağıllarının macar dilində üçcildliyi nəşr edilib

Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva Budapeştdə Azərbaycan nağıllarının macar dilində üçcildliyini nəşr etdirib. Yaxın zamanlarda AMEA Folklor İnstitutu Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə üçcildliyin təqdimat mərasimini keçirəcək.

Bu barədə Folklor İnstitutunda S.Abdullayeva ilə görüşdə bildirilib.

Görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov S.Abdullayevanın xaricdə Azərbaycanın, onun mədəniyyətinin və folklorunun təbliği sahəsində gördüyü işlər barədə məlumat verib.

Qeyd olunub ki, əlli ilə yaxındır Macarıstanda yaşayan S.Abdullayeva 101 Azərbaycan nağılını macar dilinə tərcümə edərək 2013-2014-cü illərdə Budapeştdə nəşr etdirib.

Görüşdə mütəxəssislərin marağına səbəb olan bu üçcildliyin nəşri ətrafında fikir mübadiləsi aparılıb.

Tərcüməçi və naşir S.Abdullayeva kitablara salınmış nağılların seçilməsi prinsipləri, tərcümə zamanı qarşılaşdığı çətinliklər və s. barədə ətraflı məlumat verib.

Görüş iştirakçıları bu nəşrin böyük əhəmiyyətini qeyd edib, üçcildliyin Azərbaycan nağıllarının bu həcmdə qeyri-dillərə tərcüməsi sahəsində ilk təcrübə olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: