Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tədbirdə beyin şişlərində xərçəng kök hüceyrələrinə dair məruzə dinlənilib
17.06.2016 09:40
  • A-
  • A
  • A+

Tədbirdə beyin şişlərində xərçəng kök hüceyrələrinə dair məruzə dinlənilib

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun təşəbbüsü və dəstəyi ilə xarici universitet və elmi mərkəzlərdə biologiya, tibb və aqrar elmlər üzrə təhsil alan magistr və doktorantların, eləcə də tədqiqat işi aparan azərbaycanlı alimlərin institutun vebinarında məruzələri dinlənilir və gələcək əməkdaşlıq imkanları müzakirə edilir.

İnstitutda keçirilən növbəti vebinarda Çin Xalq Respublikasında doktorantura təhsili alan Allahverdi Şahverənovun “Beyin şişlərində xərçəng kök hüceyrələri” mövzusunda təqdimatı dinlənilib. Təqdimat zamanı beyin şişləri, kök hüceyrələr, beyin şişlərində xərçəng kök hüceyrələri barədə məlumat verilib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Elmi seminarda Genetik Ehtiyatlar İnstitutunun, Azərbaycan Tibb Universitetinin, Bakı Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: