Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2016 12:07
  • A-
  • A
  • A+

İtaliyanın Milli Elmi Şurası ilə AMEA arasında əməkdaşlıq Sazişi imzalanıb

İtaliyanın Milli Elmi Şurası ilə AMEA arasında əməkdaşlıq Sazişi imzalanıb

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri davam edir.

İyunun 23-də İtaliyanın Milli Elmi Şurasının (CNR) rəhbəri və İdarə Heyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevYer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin QədirovGeologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Ukrayna Elmi Texnoloji Mərkəzinin Azərbaycanda təmsilçisi Qulam Babayev, Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə, səfirliyin birinci katibi Erkin Heydərli, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliyada təmsilçisi Sandro Teti, CNR-in prezidenti, professor Massimo İnquskio, CNR-ın Yer Elmləri Departamentinin direktoru, professor Enriko Boldrini, Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante və İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti, xanım Manuela Traldi iştirak ediblər.

Əsas məqsəd CNR ilə AMEA arasında mövcüd olan elmi əməkdaşlıq Sazişinin yenilənməsi, 2011-ci ildən indiyədək iki qurumun birgə elmi layihələrinin nəticələrinin müzakirəsi idi. Müzakirələr zamanı, İtaliyanın elmi müəssisələri ilə AMEA-nın institut və təşkilatları arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Akademik Akif Əlizadə müasir çağırışları özündə əks etdirən, AMEA-nın prioritet elmi istiqamətləri üzrə (kök hüceyrələr “stem cells”, InSAR peyk texnologiyasının Azərbaycanın Yer elminə geniş tətbiqi və s.) layihələrin genişləndirilməsinin zəruriliyini qeyd edib, AMEA-nın Yer Elmləri Bölməsinə müvafiq tapşırıqlarını verib.

Elmi əməkdaşlığa dair Saziş AMEA-nın prezidenti, akademik Akif Əlizadə və CNR-in prezidenti, professor Massimo İnguisko, Əməkdaşlıq proqramı isə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante arasında imzalanıb.

Sonda hər iki qurumdan olan nümayəndələr bir-birinə hədiyyələr təqdim edərək, xatirə şəkilləri çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: