Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin tərkibində dəyişikliklər olunub
30.06.2016 11:12
  • A-
  • A
  • A+

YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin tərkibində dəyişikliklər olunub

AMEA Rəyasət Heyətinin YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə təsis etdikləri YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsi 1999-cu ildən fəaliyyət göstərir. Son illərdə Milli Komitənin bir neçə üzvü müxtəlif səbəblərdən öz fəaliyyətini dayandırmış və bununla əlaqədar Milli Komitənin tərkibində dəyişiklik edilməsi zərurəti ortaya çıxmışdır.

Belə ki, AMEA Rəyasət Heyətinin qərarına görə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin vəsatətini nəzərə alaraq, YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin yeni tərkibi təsdiq edilib. Milli Komitənin yeni tərkibinin AR Xarici İşlər Nazirliyinin yanında YUNESKO üzrə AR Milli Komissiyasına təqdim edilməsi təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: