Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın ilk impakt faktorlu “Applied and Computational Mathematics” jurnalı elmimizi layiqincə təmsil edir
30.06.2016 14:45
  • A-
  • A
  • A+

Azərbaycanın ilk impakt faktorlu “Applied and Computational Mathematics” jurnalı elmimizi layiqincə təmsil edir

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (“Tətbiqi və Hesablama Riyaziyyatı”) jurnalının növbəti 15-ci cildinin 2-ci sayı çapdan çıxıb. 

Qeyd edək ki, bu nəşr "Thomson Reuters" bazasına daxil edilən və impakt faktor almış Azərbaycanın ilk elmi jurnalıdır. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. 

Nəşrin bu sayında dünyanın tanınmış alimlərinin - K.Jibilou (Fransa), Lihong Zhang, Yong Huang (Çin), T.Simos (Yunanıstan), D.Baleanu (Rumıniya) böyük ölçülü dinamik sistemlər nəzəriyyəsi, kəsr tərtibli differensial tənliklərin həlli metodları, funksiyalar, differensial tənliklər nəzəriyyəsi və s. kimi sahələri əhatə edən məqalələri dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: