Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Avstriya Elmlər Akademiyası müxtəlif ölkələrdə çalışan gənc alimlərə tədqiqat imkanları yaradır
01.07.2016 11:38
  • A-
  • A
  • A+

Avstriya Elmlər Akademiyası müxtəlif ölkələrdə çalışan gənc alimlərə tədqiqat imkanları yaradır

Avstriya Elmlər Akademiyasının “Joint Excellence in Science and Humanities (JESH)” proqramı son on il ərzində doktorantura pilləsini başa çatdırmış və müxtəlif ölkələrin hər hansı tədqiqat müəssisəsində çalışan gənc alimlərə 2-6 ay müddətində Avstriyanın tədqiqat mərkəzlərindən birində araşdırmalar aparmaq imkanı yaradır. Tədqiqat səfəri həmin qurum tərəfindən verilən təqaüd hesabına maliyələşdiriləcək.

Təqaüd proqramında iştirak etmək istəyənlər sənədlərini 8 iyul 2016-cı il tarixinədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinə təqdim etməlidirlər.

Əlavə məlumatı www.oeaw.ac.at saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: