Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəhidlər bizim vüqarımız və qəhrəmanlıq rəmzimizdir!
21.01.2014 00:00
  • A-
  • A
  • A+

Şəhidlər bizim vüqarımız və qəhrəmanlıq rəmzimizdir!

16 yanvar 2013-cü ildə AMEA İqtisadiyyat İnstitutunda xalqımızın hüzn, kədər, ən başlıcası isə azadlığa gedən qəhrəmanlıq yolunun başlanğıcı olan 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş “Qanlı 20 Yanvar -anım günü” adlı dəyirmi masa keçirildi.

Öncə şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun direktoru, i.ü.e.d., professor İsa Alıyev xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan 20 Yanvar hadisəsini dinc vətəndaşların milli birlik simvolu və haqsızlığa qarşı etirazı kimi qiymətləndirdi. Bildirdi ki, hər birimiz Şəhidlər Xiyabanına gedərkən içimiz qürurla dolur, belə bir gündə ürəyimiz ağrısa da, başımızı dik tuturuq: “Şəhidlər bizim vüqarımız və qəhrəmanlıq rəmzimizdir”.

Alim həmçinin, müstəqil Azərbaycan Respublikasının bu gün dünya birliyindəki mövqeyi və qazandığı iqtisadi uğurlardan da bəhs etdi: “Biz hər birimiz öz haqlı mövqelərimizin müdafiəsi və qazandığımız uğurlara kölgə salmaq istəyən, geniş informasiya müharibəsi aparan işğalçı, şər qüvvələrə qarşı daha ayıq-sayıq olmalı və möhtərəm Prezidentimizin müdrik siyasəti ətrafında sıx birləşməliyik. Eyni zamanda Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və dünyaya çatdırılması üzərimizə düşən mühüm vəzifə hesab edilməlidir.

Tədbirdə çıxış edən digər natiqlər müasir Azərbaycanın sürətli və dayanıqlı inkişaf dövrünü yaşadığını bildirib, buna görə azadlıq və müstəqilliyimiz uğrunda həyatlarını qurban vermiş şəhidlərə borclu olduqlarını qeyd ediblər.

Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıqları həmişə anılacaq, xatirələri əziz tutulacaqdır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: