Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanın geologiyası” kitabının birinci cildi “Springer” nəşriyyatında çapdan çıxıb
22.07.2016 09:34
  • A-
  • A
  • A+

“Azərbaycanın geologiyası” kitabının birinci cildi “Springer” nəşriyyatında çapdan çıxıb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezitenti, akademik İbrahim QuliyevYer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və geofizika üzrə fəlsəfə doktoru, dosent Lev Eppelbaumun müəllifi olduğu “Azərbaycanın geologiyası” kitabının birinci cildi “Springer” nəşriyyatında çapdan çıxıb.

Kitabda Böyük və Kiçik Qafqaz, Talış dağları, Kür çayı və Xəzər dənizi hövzələri kimi unikal tektonik və geoloji şəraitə malik Azərbaycan geologiyası haqqında geniş məlumat təqdim olunur. Əldə edilmiş geoloji və geofiziki məlumatlara əsaslanaraq tədqiq olunmuş ərazidə Yerin təkamülü və həmin zonanın seysmik fəallığı təhlil edilir.

Yeni nəşrdə, həmçinin regionda geofiziki və geoloji tədqiqatların tarixinə xüsusi diqqət yetirilib. Stratiqrafik, maqmatik, morfoloji, litoloji, tektoni, neotektonik, geofiziki məlumatların inteqrativ analizi vasitəsilə Azərbaycanın yer səthi və dərin geoloji strukturunun kombinə və kompleks interpretasiyası təqdim olunub.

Qeyd edək ki, kitabın birinci cildi geologiya və ətraf mühit elmləri sahəsində fəaliyyət göstərən tədqiqatçılar üçün nəzərdə tutulub. Bundan əlavə, nəşr Azərbaycanda baş verən təbii hadisələr barədə məlumat almaq istəyən şəxslərin də köməyinə çatacaq.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: