Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Həsən bəy Zərdabi (Məlikov). Elmi–köməkçi biblioqrafik göstərici” kitabı nəşr olunub
25.07.2016 09:28
  • A-
  • A
  • A+

“Həsən bəy Zərdabi (Məlikov). Elmi–köməkçi biblioqrafik göstərici” kitabı nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Həsən bəy Zərdabi (Məlikov). Elmi–köməkçi biblioqrafik göstərici” kitabı nəşr olunub.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın tərtibçisi və “Ön söz”ün müəllifi bu elm müəssisəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovadır.

Kitabın elmi məsləhətçisi Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, redaktoru isə Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

Qeyd edək ki, elmi–köməkçi biblioqrafik göstəriciyə Azərbaycan mətbuatının banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1842-1907-ci illərdə həyat və fəaliyyətilə bağlı nəşr olunan bütün materiallar - əsərləri, məqalələri, dəyərli fikirləri, habelə görkəmli alim haqqında yazan müəlliflərin kitabları, şeirləri, məqalələri, dissertasiya işləri və s. haqqında məlumatlar daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: