Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri”) jurnalının  2016-cı il üçün I nömrəsi çapdan çıxıb
25.07.2016 10:30
  • A-
  • A
  • A+

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri”) jurnalının 2016-cı il üçün I nömrəsi çapdan çıxıb

“AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının 2016-cı il üçün 71-ci cildinin 1-ci nömrəsi çapdan çıxıb. Nəfis şəkildə çap olunan jurnalın bu sayı görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevə həsr olunub.

Nəşr uzun illər jurnalın baş redaktoru olmuş akademik Cəlal Əliyevin əziz xatirəsinə ithaf olunan məqalə ilə başlanır. Akademik İradə Hüseynovanın müəllifi olduğu məqalədə görkəmli alimin keçdiyi çətin və şərəfli ömür yoluna nəzər salınır, onun Azərbaycan elminə verdiyi töhfələr, rəhbərliyi altında görülən işlər, əldə olunan nailiyyətlər qısa şəkildə işıqlandırılır. Yeni sayda görkəmli alimin yaratdığı məktəbdən də söz açılır, dünyanın müxtəlif nüfuzlu elm mərkəzlərində çalısan bu məktəbin yetirmələrinin akademik C.Əliyev haqqında fikir və xatirələri yer alır.

Jurnalın bu sayında, eyni zamanda AMEA-nın institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan tədqiqatların nəticələrini özündə cəmləşdirən 20-dən artıq məqalə çap olunub. Həmçinin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademiklər Vəli Axundov, Cəmil Əliyev və AMEA-nın müxbir üzvü Validə Əli-zadənin yubileyləri, 2015-ci ildə AMEA-nın adlı mükafatlarına layiq görülən alimlərimiz haqqında məqalələr də öz əksini tapıb.

Jurnalın sonunda aprelin 1-də dünyasını dəyişmiş görkəmli botanik-alim, Rusiya Botaniklər Cəmiyyətinin prezidenti Rusiya EA-nın müxbir üzvü, professor Rudolf Vladimiroviç Kamelinin vəfatı ilə əlaqədar başsağlığı yer alıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: