Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Elm və təhsil idarəsinin rəisi Ukraynada elmi ezamiyyətdədir
25.07.2016 11:01
  • A-
  • A
  • A+

Elm və təhsil idarəsinin rəisi Ukraynada elmi ezamiyyətdədir

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov Ukrayna Respublikasının Kiyev şəhərinə ezam edilib.

İyulun 31-dək davam edəcək səfərin məqsədi Ukrayna Milli Elmlər Akademiyasında, bu ölkənin aparıcı universitetlərində elmi tədqiqatların təşkili, elmi kadr hazırlığı ilə bağlı təcrübəni öyrənmək və bu sahədə əməkdaşlıq məsələlərini həll etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: