Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

BMT-nin nümayəndələri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar
25.07.2016 13:46
  • A-
  • A
  • A+

BMT-nin nümayəndələri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar

Avropa Birliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) nümayəndələri - Dr. Horst Stoebel və Dr. Odhran James Mccarthy AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olublar.

Qeyd edək ki, UNİCRİ-nin “Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində biotəhlükəsizliyin və biomüdafiənin imkanlarının gücləndirilməsi“ proqramı çərcivəsində maliyələşən “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası“ mövzusunda 20 aylıq layihə 30 sentyabr 2015-ci ildə uğurla başa çatmışdır. Layihə akademik Cəlal Əliyevin rəhbərliyi altında yerinə yetirilmişdir.

Görüşdə sözügedən layihə çərçivəsində aparılmış elmi tədqiqat işlərinin nəticələri müzakirə olunub.

Qonaqlar UNİCRİ tərəfindən maliyələşən bu layihənin yüksək səviyyədə yerinə yetirilməsi barədə müsbət rəylərini bildirib, gələcəkdə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: