Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dilçilik İnstitutunda yeni lüğətlər hazırlanır
26.07.2016 09:22
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda yeni lüğətlər hazırlanır

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda bu elm müəssisəsinin Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və Şəbnəm Həsənli-Qəribova tərəfindən “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” və tətbiqi dilçilik şöbəsinin əməkdaşlarının tərtib etdikləri “Yeni sözlər və yeni mənalar lüğəti” hazırlanıb.

Hər iki lüğət yaxın günlərdə çap olunmaq üçün nəşriyyata təqdim olunacaq.

“Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”nin redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, rəyçiləri professorlar Q.Məşədiyev, N.Məmmədli və İ.Məmmədovdur.

“Yeni sözlər və yeni mənalar lüğəti”nin redaktoru professor İ.Məmmədli, rəyçiləri professorlar B.Xəlilov və S.Sadıqovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: