Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"Kinemetriks" şirkətinin əməkdaşı RSXM-də treninq keçib
17.08.2016 09:49
  • A-
  • A
  • A+

"Kinemetriks" şirkətinin əməkdaşı RSXM-də treninq keçib

ABŞ-ın "Kinemetriks" şirkəti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) arasındakı əməkdaşlıq çərçivəsində Bakıda yerli seysmoloqlar üçün treninq keçirilib. "Kinemetriks" şirkətinin əməkdaşı Tofiq Əlili RSXM-nin Monitorinq Mərkəzində zəlzələlərin emalı zamanı tətbiq olunan ANTİLOPE proqramının 5.6 versiyasını yeniləyib. O, yeni versiya ilə bağlı mərkəz əməkdaşlaına treninq keçib. 

Qonaq, həmçinin RSXM rəhbərliyi ilə də görüşüb. Görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və baş mühəndis R.Muradov iştirak ediblər. Tofiq Əlili Azərbaycanda zəlzələlərin öyrənilməsi və bu sahədə aparılan tədqiqatlar üçün müasir emal proqramlarının tətbiqinin əhəmiyyətli olduğunu bildirib. RSXM-nn baş direktoru Q.Yetirmişli isə yeni proqramların tətbiqinin aparılan seysmoloji tədqiqatların keyfiyyətinin artırılması və kadrların hazırlanması baxımından vacib olduğunu qeyd edərək, "Kinemetriks"şirkəti ilə bundan sonra da əməkdaşlığın davam etdiriləcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: