Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəbərlər Məcmuəsi” jurnalının növbəti sayı çapdan çıxıb
19.08.2016 09:18
  • A-
  • A
  • A+

“Xəbərlər Məcmuəsi” jurnalının növbəti sayı çapdan çıxıb

AMEA-nın Xəbərlər Məcmuəsi elmi-ictimai jurnalının 3-cü cildinin 2-ci sayı nəşr olunub.

Jurnalın bu sayında AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Ədəbi irsimizin böyük hamisi” adlı məqaləsi çap olunub. Bundan başqa, jurnalda gənc alimlərin əsərləri, elmi araşdırmaları da öz əksini tapıb.

Yeni sayda, həmçinin “Yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyinin həlli”, “Radioelektron mübarizə vasitələri: Praktiki dəyəri, tətbiqi və inkişaf prespektivləri”, “Yüksək mükafata layiq görülmüş coğrafi əsər”, “Sürüşmələr: “Sakit” lakin təhlükəli təbiət fəlakətidir”, “Şəxsi xammal əsasında”, “Palçıq vulkanları atlası”-nın səhifələrində təbiət fenomeni, “Orta əsrlər Xilafətin Azərbaycan alimlərinin elmi əlaqələri”, “Epoxa fonunda portret” adlı məqalələr də yer alıb.

Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavini AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, məsul katib isə Adilə İsrafilovadır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: